*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Sığorta növünü seçin

Bağla
Səfər sığortası

Ölkəxarici

“PAŞA Sığorta” şirkəti səyahət edən şəxslərə beynəlxalq səfər sığortası şəhadətnaməsini əldə etməyi təklif edir.



Səfər Sığortası şəhadətnaməsi dünyanın hər hansı bir ölkəsinə səfər edərkən baş verən qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı tibbi yardımın göstərilməsinə və tibbi xərclərin ödənilməsinə zəmanət verir. Bu şəhadətnamə “Inter Partner Assistance” beynəlxalq assistant şirkətinin dəstəyi ilə təmin edilmişdir.




Səyahətçinin sığorta şəhadətnaməsi aşağıdakı xərcləri ödəyir:

  • həkim müayinəsi və təyin edilmiş dərman vasitələrinə dair xərclərin ödənilməsi;
  • tibb müəssisəsinə daşınma ilə bağlı xərclərin, o cümlədən, stasionar şəraitdə qalma, müayinə və müalicə xərclərinin (əməliyyat xərcləri də daxil olmaqla) ödənilməsi;
  • aparılmış müalicədən sonra tibbi göstəriş olduğu halda vətənə təxliyyə ilə əlaqəli xərclərin ödənilməsi;
  • baqajın itməsi və ya zədələnməsi üzrə xərclər;
  • səyahətin ləğv edilməsi ilə əlaqədar yaranan xərclər;
  • sığorta olunanın yaxın qohumunun nəqliyyat və oteldə qalma xərcləri;
  • sığorta şəhadətnaməsinin kateqoriyası ilə uyğun olan digər xərclərin ödənilməsi.


Yuxarıda qeyd edilən xidmətlər sığorta tarifindən asılı olaraq təminata daxil edilir.

A seçimi üzrə təminata daxil olan xidmət növləri aşağıdakı kimidir

  • Tibbi xərclər
  • Repatriasiya xərcləri

B seçimi üzrə təminata daxil olan xidmət növləri aşağıdakı kimidir

  • Tibbi xərclər
  • Repatriasiya xərcləri
  • Sığorta olunanın yaxın qohumunun ölümü ilə bağlı onun Azərbaycana gözlənilməz qayıdışı
  • Təcili məlumatların ötürülməsi
  • Baqajın itməsi və ya zədələnməsi
  • İtmiş və ya səhv istiqamətdə göndərilmiş baqajın axtarılması və qaytarılması
  • Səyahətin Ləğv edilməsi (Fors-major hallarda)
  • Sığorta olunanın yaxın qohumunun nəqliyyat xərcləri
  • Sığorta olunanın yaxın qohumunun oteldə qalma xərcləri

C seçimi üzrə təminata daxil olan xidmət növləri aşağıdakı kimidir

  • Tibbi xərclər
  • Repatriasiya xərcləri
  • Baqajın itməsi və ya zədələnməsi
PASHA chatSualınız var?