*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Карьера

Закрывать
27 сентябрь 2021

ANAMA öz sığortaçısı olaraq PAŞA Sığortanı seçdi!

Qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti Minatəmizləmə Agentliyi tərəfindən keçirilən tenderin qalibi seçilib. Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işçilərin tibbi və fərdi qəza sığortası ilə bağlı açıq elan etdiyi tenderə yekun vurub. Tenderin nəticəsinə əsasən, bu öhdəlik PAŞA Sığorta şirkətinə həvalə edilib. Nəzərinizə çatdıraq ki, ANAMA- Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanıdır.


Qeyd etmək istərdik ki, PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


Следующие новости

PAŞA Sığorta daha sərfəli qiymətlərlə “SağlamSən” könüllü tibbi sığorta məhsulunu təqdim edir!