Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Havalar isindikcə artıq hər kəs öz evindən uzaqlaşaraq tətil üçün xarici ölkələrə, yaxud bağ evinə üz tutur. Lakin evdən uzaqda belə onun təhlükəsizliyindən əmin olmaq lazımdır. PAŞA Sığorta doğma evini baş verə biləcək risklərə qarşı sığortalamaq istəyənlər üçün “Sığortala evini, qazan hədiyyəni!” adlı yeni kampaniyasını təqdim edir.
Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/Sigortalaevini2023 keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciət etmək də mümkündür.
Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Следующие новости
PAŞA Sığorta qlobal reytinq agentliyi tərəfindən yüksək dəyərləndirildi!