*7000

Заказать звонок

Запросить обратный звонок

Закрыть
Спасибо!

Мы свяжемся с Вами в рабочее время

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Выберите вид страхования

Close form
17 Март 2021

PAŞA Sığorta AR İpoteka və Kredit Zəmanət Fondunun eyni zamanda, Veysəloğlu Şirkətlər Qrupunun həyata keçirdiyi tenderin qalibi oldu

Qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti eyni anda iki fərqli şirkət tenderinin qalibi seçilib. Belə ki, 26 ildir Azərbaycan iqtisadiyyatına töhfə verən Veysəloğlu Şirkətlər Qrupu öz əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin nəticəsinə əsasən, bu öhdəlik PAŞA Sığorta şirkətinə həvalə edilib. Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupunda 17 minə yaxın əməkdaş çalışır.




Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun inzibati binasının və avadanlıqlarının sığortalanması üzrə xidmətlərin satın alınması başa çatmış və Fondun Satınalmalar Komissiyasının qərarına əsasən, PAŞA Sığorta şirkəti kotirovka sorğusunun qalibi elan olunmuşdur. Yaxın günlərdə tərəflər arasında müqavilə imzalanması planlaşdırılır.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующая новость

PAŞA Sığorta şirkəti 15-ci il dönümünü qürurla qeyd edir!
PASHA chatSualınız var?