*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Правила оплаты

Bağla

Karyera

Bağla
10 июнь 2021

“PAŞA Sığorta” bazar dəyəri yüksək olan avtomobillər üçün “OK 1900” paketini təqdim edir!

“PAŞA Sığorta” şirkəti bazar dəyəri yüksək olan avtomobillər üçün “Optimal KASKO” məhsulu üzrə yeni təminat paketini təqdim edir. Sayca üçüncü olan paket “OK 1900” adlanır. “OK 1900” paketi müştərilərə 1900 AZN sığorta haqqı ödəməklə 20.000 AZN sığorta təminatı əldə etmək imkanı yaradır. Məhsul paketi müştərilərin istəkləri əsasında formalaşdırılmış bir məhsul paketidir, əsasən, avtomobilini ehtiyatlı və ya az idarə edən, bazar dəyəri 100.000 - 300.000 AZN arasında dəyişən lyuks avtomobil sahibləri üçün nəzərdə tutulmuşdur.




“Optimal KASKO” məhsulunun təminatlarına avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, yanğın / partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklər daxildir. Avtomobilinin istehsal müddəti 5 ili keçməyən müştərilər “OK 1900” paketi üzrə 100 AZN əlavə ödəniş etməklə rəsmi təmir servisi təminatını da əldə edə bilərlər.

“Optimal KASKO” məhsulu daha öncə müştərilərə “OK 500” və “OK 900” paketləri ilə təklif edilmişdir. Bu paketlər isə uyğun olaraq 500 AZN və 900 AZN sığorta haqqı ilə əldə edilə bilər. Sığorta təminatı “OK 500” paketində 5000 AZN və “OK 900” paketində isə 10000 AZN təşkil edir. Tam KASKO əldə etmək istəməyən müştərilər öz avtomobilinin bazar dəyərinə, həmçinin öz büdcəsinə uyğun sığorta paketini seçməklə avtomobilinə uyğun təminat məbləğini əldə edə bilərlər. Məhsulu əldə edən müştərilərə məbləğdən asılı olaraq sığorta haqqını 5 aydan 10 aya qədər uzunmüddətli ödəmə imkanı da təklif edilir.


“Optimal KASKO” məhsulunu əldə etmək, eyni zamanda daha ətraflı məlumat üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, müştərilər avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq “PAŞA Sığorta” şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək və ya birbaşa rəsmi saytımızdan (https://bit.ly/Optimal_KASKO) Optimal KASKO sığortası üçün müraciət edə bilərlər.

Следующие новости

“PAŞA Sığorta” ailəniz üçün “Ailə Dostu” könüllü sağlamlıq sığortası məhsulunu təqdim edir!