*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
04 Декабрь 2020

PAŞA Sığorta “Sığortalı evimdə yeni il sürprizi” adlı yeni kampaniyasını təqdim edir!

Ən dəyərli varlığınızdan biri olan evinizin sizi qoruduğu kimi, siz də evinizi bütün təhlükələrdən qorumalısınız. Sahib olduğunuz əmlakınıza qarşı maksimum qayğılı olmağa çalışsanız belə, bəzən sizdən asılı olmayan səbəblərdən istənilməyən zərərlərlə üzləşə bilərsiniz. Sizi məyus edə biləcək hadisələr qarşısında təşvişə düşməkdənsə, bu hissəni bizə həvalə edin. “Sığortalı evimdə yeni il sürprizi” kampaniyamız çərçivəsində əmlakınızı sığortalamaq sizə sevinc bəxş edəcək.

“Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna daxil olan Zeytun, Çinar və Cökə paketlərindən birini əldə edərək həm eviniz sığortalayacaq, həm də PAŞA Sığortadan hədiyyə olaraq alış-veriş kartı qazanacaqsınız. Yeni kampaniyamıza, əsasən, müştərilərimiz 99 AZN sığorta haqqı ilə Çinar, 149 AZN sığorta haqqı ilə Cökə və 199 AZN sığorta haqqı ilə Zeytun paketlərindən birini əldə etdiyi zaman, BRAVO marketlər şəbəkəsində müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində alış-veriş kartını hədiyyə olaraq əldə edəcəklər. Eyni zamanda, əmlak sığortası üzrə tam könüllü əmlak sığortası məhsulu əldə edən müştərilərimizə də 50 AZN-dək alış-veriş kartı hədiyyə olaraq təqdim ediləcəkdir.  
MÜRACİƏT ÜÇÜN: https://bit.ly/3msFGGG




Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 - Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/3msFGGG keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq, müraciətinizi bildirə bilərsiniz.



Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir

Следующие новости

PAŞA Sığorta şirkəti “YAŞAT” Fonduna 100 min AZN vəsait köçürüb.