*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
19 июль 2018

PAŞA Sığorta şirkəti bölgələrdə sığorta təlimləri keçirəcək.

PAŞA Sığorta şirkəti bölgələrdə sığorta təlimləri keçirəcək.


Artıq ikinci ildir ki PAŞA Sığorta şirkəti “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” yay məktəbində sponsorların sırasında yer almışdır.


Bu il “Təhsil Avtobusu-2018” layihəsi ölkəmizin 5 bölgəsindəki həm orta məktəblərin, həm də modul məktəblərin 7-8-9-cu sinif şagirdlərinin inkişaflarına, dünyagörüşünün formalaşmasına istiqamətlənib. Layihə çərçivəsində PAŞA Sığorta şirkətinin fərdi və bank sığortası mütəxəssisi Elçin Mehdiyev tərəfindən şagirdlərə sığorta biliklərinin artırılmasına yönəlik təlimlərin keçirilməsi nəzərdə tutulub. Bu təlimlər məktəb illərindən etibarən şagirdlərin sığorta barədə ilkin biliklərin formalaşmasına yönəlib.


PAŞA Sığorta şirkəti davamlı olaraq əhalinin sığorta biliklərinin artırılmasına çalışaraq bu istiqamətdə maarifləndirici layihələr keçirir.


İyulun 23-dək davam edəcək yay məktəbi çərçivəsində ölkənin 5 bölgəsində yaşayan şagirdlər sığorta təlimləri ilə yanaşı şəxsi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edəcəklər. “Təhsil avtobusu” Bakı şəhərindən yola düşərək Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək.


“PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующие новости

PAŞA Sığortadan yay hədiyyə kampaniyası