Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
İllərdir davam edən müharibə xalqımızın böyük zəfəri ilə başa çatdı. Lakin, bu müddət ərzində cəbhə ərazisində məskunlaşan insanlarımız olduqca çətin günlər yaşadı. Biz də PAŞA Sığorta şirkəti olaraq xalqımızın yanında olub əlimizdən gələn dəstəyi onlara göstərməyə çalışdıq.
“Cəsur qəlblər üçün əl-ələ” adı ilə cəbhəyanı bölgələrdə mövcud şərait ilə əlaqədar olaraq evlərindən uzaqda məskunlaşdırılmış, məhdud imkanlar və şərtlər altında yaşayan ailələlərə yardım əlimizi uzatdıq. Düşmən hücumu nəticəsində Bərdə şəhərində sığınacaqlarda məskunlaşan 200 ailəyə, Tərtər şəhərində isə 300 ailəyə təməl və vacib ehtiyaclardan ibarət ərzaq payı göndərildi.Bununla yanaşı, soyuq havalar da nəzərə alınmaqla ehtiyacı olan ailələr isti geyim və isidici sobalarla təmin olundu.
Haqq və ədalət zəfəri çaldığımız bu müharibə xalqımızın həmrəy olduğunu, hər çətin şəraitdə bir birimizin yanında olduğunu bir daha bizə sübut etdi. Bu zəfəri bizə yaşadan şanlı ordumuza daim müzəffər olmağı arzu edir, şəhidlərimizin uca ruhu önündə baş əyirik.
Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Следующие новости
PAŞA Sığorta KASKO üzrə hədiyyə dolu kampaniya təqdim edir