*7000

Заказать звонок

Запросить обратный звонок

Закрыть
Спасибо!

Мы свяжемся с Вами в рабочее время

02 Июль 2020

PAŞA Sığorta şirkəti SOS uşaq kəndində məskunlaşan uşaqlardan öz qayğı, sevgi və diqqətini əskik etmir.

PAŞA Sığorta şirkəti artıq 2 ildən artıqdır ki, SOS uşaq kəndləri ilə əməkdaşlıq edir. Şirkətimiz son 2 il ərzində “Uşaqları sevindirmək üçün sığortanı onlayn al” kampaniyası çərçivəsində SOS uşaq kəndlərinə 16300 AZN məbləğində ianə edib. Kampaniyanın həyata keçirilməsində əsas məqsəd cəmiyyətimizin gələcəyi olan uşaqların sağlam mühitdə böyüməsinə dəstək olmaq və qayğıya hər kəsdən daha çox ehtiyacı olan uşaqlarımızın inkişafına sizin də töhvə verməyiniz üçün bir vasitəçi olmaqdır.

Qeyd edək ki, kampaniya şərtlərinə əsasən PAŞA Sığortanın rəsmi internet səhifəsinin (www.pasha-insurance.az ) “Onlayn əldə et” bölməsindən sığortanı onlayn olaraq rəsmiləşdirən müştərilərin sığorta haqlarının müəyyən hissəsi SOS uşaq kəndlərində yerləşdirilmiş uşaqlara ianə olunur.
SOS Uşaq Kəndləri bütün dünyada valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edən asosiassiyadır.

Xatırlatmaq istərdik ki, kampaniyamız hazırda da davam edir. Siz də öz sığortanızı onlayn əldə edərək “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyinin himayəsində olan 200-ə yaxın uşağın sevincinə və sağlam inkişafına dəstək ola bilərsiniz.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующая новость

PAŞA Sığorta şirkəti xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə Audatex Azərbaycan şirkəti ilə əməkdaşlığı genişləndirdi
PASHA chatSualınız var?