*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
03 Февраль 2023

PAŞA Sığorta və ADA Universiteti "Sığortaçı Məktəbi" adlı yeni birgə layihəsini təqdim edir!

Layihənin əsas məqsədi öz karyerasını sığorta sektorunda başlamaq istəyən tələbələrə yeni fürsətlər yaratmaq, bu sahə ilə bağlı ilkin biliklərə yiyələnmək istəyən tələbələrə isə peşəkarlardan təlim almaq imkanı təklif etməkdir.
Xüsusi təlimlər 3 ay müddətində davam edəcək. Təlim müddətində iştirakçılara PAŞA Sığorta şirkətinin "Sığortaçı Akademiyası"nın peşəkar təlimçiləri müxtəlif istiqamətlər üzrə nəzəri və praktiki təlimlər keçəcək, öz real təcrübələrini iştirakçılarla paylaşacaqlar. Layihə sonunda iştirak edən tələbələrə "İştirak Sertifikatı", imtahanı uğurlu nəticə ilə keçən tələbələrə isə "Müvəffəqiyyət Sertifikatı" təqdim ediləcəkdir.

Layihənin şərtləri aşağıdakılardır:
1. Layihəyə sadəcə 3-cü və 4-cü kurs tələbələri müraciət edə bilər.
2. Proqramın dili: Azərbaycan dili
3. Müraciət edən tələbələr kiçik motivasiya məktubu və universitet ortalamalarını təqdim etməlidirlər.
4. Təlimlər həftədə 2 dəfə, saat 17:00-18:30 aralığında keçiriləcəkdir.
5. Müraciət üçün son tarix: 08 fevral 2023-cü il
6. Müraciət üçün link: Sığortaçı Məktəbi, Paşa Sığorta (google.com)

Следующие новости

PAŞA Holding və onun törəmə şirkətləri Türkiyəyə dəstək məqsədilə 1 milyon dollar ianə etdi.