*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
06 май 2021

“PAŞA Sığorta” və “Volkswagen Azərbaycan” birgə kampaniya təqdim edir!

Hər zaman öz yüksək xidmət keyfiyyəti və xüsusi təklifləri ilə müştərilərin rəğbətini qazanmış “PAŞA Sığorta” şirkəti avtomobil almaq istəyən şəxslər üçün “Volkswagen Aərbaycan” ilə yeni əməkdaşlıq kampaniyasını təqdim edir.

Belə ki, “Volkswagen” markasının Azərbaycandakı rəsmi avtosalonlarından istənilən “Volkswagen” modelini əldə edəcək hər bir müştəri “PAŞA Sığorta”nın “Tam KASKO” məhsulundan hədiyyə olaraq faydalanacaq. Təklifdən 5-31 may tarixləri arasında rəsmi dilerdən xəyalındakı “Volkswagen” avtomobilini əldə etmək istəyən hər kəs yararlana bilər.

TAM Kasko sığortası müştərilərə avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, heyvanların hərəkəti və təbii fəlakət kimi risklərə tam təminat verir.



"Volkswagen Azərbaycan” şirkətinin *0999, (+99450) 255 6107 nömrələri ilə əlaqə saxlaya və ya https://volkswagenauto.az/forms/request-quotation keçidi vasitəsilə onlayn müraciət edə bilərlər. Həmçinin, şirkətin yeni ünvanda, Nəcəfqulu Rəfiyev küçəsi 29-da terləşən avtosalonuna yaxınlaşaraq kampaniyadan yararlanmaq mümkündür.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующие новости

“PAŞA Sığorta”dan KASKO üzrə İlk baharın son fürsəti!