*7000

Заказать звонок

Запросить обратный звонок

Закрыть
Спасибо!

Мы свяжемся с Вами в рабочее время

27 Декабрь 2019

PAŞA Sığorta Yeni il münasibətilə “Uğur çarxı” kampaniyasına start verir

PAŞA Sığorta şirkəti qarşıdan gələn Yeni il münasibətilə könüllü avtomobil sığortası (KASKO) üzrə “Uğur çarxı” adlı hədiyyə kampaniyasını elan edir.

Fevralın 29-dək PAŞA Sığortadan KASKO könüllü avtomobil sığortası əldə edəcək müştərilər kampaniyadan faydalanaraq şirkətdən Yeni il hədiyyəsi qazanacaqlar. Beləliklə, minimal 500 AZN sığorta haqqı ilə KASKO sığortası əldə edən hər bir fərdi müştəri uğur çarxı vasitəsilə təsadüfi qaydada hədiyyə əldə edəcək. Bunun üçün müştərilərə xüsusi onlayn interfeys təqdim ediləcək və burada onlar çarxı fırladaraq təsadüfi qaydada seçilən hədiyyəyə sahib olacaqlar.

Kampaniyanın şərtlərinə əsasən 500-2500 AZN sığorta haqqına malik KASKO müştəriləri üçün çarxın üzərində 100 AZN nominallı Azpetrol kartı, Kapital Bank hədiyyə kartı, Maxi.az kartı, Bravo kartı, Videoqeydiyyat cihazı yer alacaq. 2500 AZN-dən yüksək sığorta haqları üçün isə 200 AZN nominallı hədiyyələr nəzərdə tutulur. 2500 AZN-dən yüksək KASKO-lar üçün videoqeydiyyat cihazı düşdükdə üzərində müştəri istəyinə uyğun 100 AZN nominallı hədiyyə kartı təklif ediləcək.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün PAŞA Sığortanın ofislərinə yaxınlaşa və ya *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilinizin marka/modelini, istehsal tarixini, təqribi bazar qiymətini, sürücülük təcrübənizi, tələb olunan azadolma məbləğini, şəxsiyyət vəsiqənizin və avtomobilinizin qeydiyyat şəhadətnaməsinin şəklini, həmçinin əlaqə nömrənizi mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Sığorta məhsulları barədə ətraflı məlumatı www.pasha-insurance.az saytından əldə edə bilərsiniz.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующая новость

PAŞA Sığorta: Əmlak sığortası təhlükəsizliyinizin təminatıdır.
PASHA chatSualınız var?