*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Карьера

Закрывать
11 Апрель 2022

PAŞA Sığortadan əmlakını sığortala, uşaqlara dəstək ol!

PAŞA Sığorta cəmiyyətimizin gələcəyi olan uşaqların sağlam mühitdə böyüməsinə dəstək olmaq üçün 1 İyun Uşaqlar Gününə həsr edilmiş yeni kampaniya elan edir. Kampaniya şərtlərinə əsasən, müştərilər könüllü əmlak sığortası üçün ödədikləri məbləğin 20%-ni uşaq evlərində, aztəminatlı ailələrdə və ya ucqar kəndlərdə yaşayan uşaqlara yardım məqsədilə ianə edə biləcəklər.


Belə ki, yeni “Yaşı Bakı” könüllü əmlak kampaniyamız çərçivəsində müştərilərimiz 99 AZN sığorta haqqı ilə Çinar, 149 AZN sığorta haqqı ilə Cökə və 199 AZN sığorta haqqı ilə Zeytun paketini əldə etdikləri zaman müvafiq olaraq 20 AZN, 30 AZN və 40 AZN dəyərində ianə etmiş olacaqlar. Qeyd edək ki, kampaniya 11 aprel – 11 may tarixlərində qüvvədə olacaqdır.


Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığorta (pasha-insurance.az) keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.


Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующие новости

«Turan Drilling & Engineering» MMC öz sığortaçısı olaraq PAŞA Sığortanı seçdi!