*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
06 Апрель 2021

PAŞA Sığortadan KASKO paketi alan hər kəs üçün əmlak sığortasına endirim!

Yazın gəlişi “PAŞA Sığorta”nın təqdim etdiyi yeni kampaniya ilə qəlbinizi daha da isidəcək. Belə ki, 5 aprel-5 may tarixləri arasında “Standard”, “Premium” və ya “PASHA Ladies” əlavə xidmət paketlərindən birini əldə edəcək hər kəs daşınmaz əmlak sığortasına 50 AZN endirim əldə edəcək. Endirimi əldə edən müştərilər “Yaşıl Bakı” könüllü əmlak sığortasının “Zeytun” paketini əldə edərkən endirim məbləği sığorta haqqından çıxılacaqdır və beləliklə, müştərilər 199 AZN deyil, 149 AZN ödəməklə premium keyfiyyətdən yararlana biləcəklər.


“Standard”, “Premium” və ya “PASHA Ladies” paketləri KASKO sığortası əldə etmiş müştərilərə təklif edilən əlavə xidmət paketləridir və hər bir tam KASKO müştərisi bu paketlərdən birini seçərək müvafiq paketə daxil olan əlavə xidmət və güzəştlərdən yararlana bilər. Bu paketlərə taksi xidməti, evakuasiya xidməti, ayıq sürücü xidməti, sığorta haqqının hissəli ödəniş güzəşti kimi üstünlüklər daxildir. “Yaşıl Bakı” könüllü əmlak sığortası əmlakınızı yanğın, qaz partlayışı, elektrik naqillərində baş verən qısa qapanma, subasma, təbii fəlakətlər, oğurluq və bu kimi digər hallara qarşı 130 000 AZN-ə qədər təminat altına alır. Qeyd edək ki, hazırda aktiv KASKO əlavə xidmət paketi olan müştərilər də bu kampnaiyadan faydalana bilər.

PAŞA Sığortanın tədim etdiyi bu yaz fürsətini qaçırma!

Kampaniya barədə ətraflı məlumat almaq istəyən müştərilər *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərlər. Kampaniyadan yararlanmaq üçün TAM Kasko sığortası üzrə https://bit.ly/2G0vqVy keçidi ilə, “Yaşıl Bakı” könüllü əmlak sığortası üzrə isə https://bit.ly/OnlaynMüraciətEt keçidi vaitəsilə onlayn müraciət etmək mümkündür. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance) yazaraq kampaniya haqqında ətraflı məlumat ala və ya müraciət etmək imkanı da mövcuddur.

Следующие новости

“PAŞA Sığorta” şirkətinin "15-ci ilə özəl 15 % endirim" kampaniyasının müddəti uzadıldı!