*7000

Заказать звонок

Запросить обратный звонок

Закрыть
Спасибо!

Мы свяжемся с Вами в рабочее время

16 Сентябрь 2020

PAŞA Sığortadan sərfəli qiymətə KASKO sığortası arzulayan müştərilərimiz üçün optimal təklif!


Avtomobillərin könüllü sığortası üzrə hər zaman müştərilər üçün sərfəli məhsullar və kampaniyalar təklif edən PAŞA Sığorta şirkəti yeni Optimal KASKO məhsulunu təqdim edir.



Bəzən avtomobil sahibləri KASKO sığorta qiymətlərinin onların büdcəsini aşdığını düşünərək avtomobili sığortalamaqdan imtina edir. Bu səbəbdən, müştəriyə sığorta haqqı seçimi təqdim edən Optimal KASKO məhsulunu yaratdıq. Əgər siz öz sürücülük təcrübənizə güvənərək ehtiyatlı sürücü və az zərərliliyə sahib müştəri olduğunuzu düşünürsünüzsə, bu məhsul məhz sizin üçündür.



Optimal KASKO məhsulunun əsas üstünlüyü ondadır ki, sığorta haqqı digər KASKO məhsullarının sığorta haqqı ilə müqayisədə təxmini olaraq 2 dəfə daha ucuzdur. Sərfəli qiymət ilə bərabər, yeni məhsulumuzda müştəriyə sığorta haqqı seçimindən asılı olaraq avtomobili qeyri-rəsmi və ya rəsmi servisdə təmir etmə imkanı da təqdim edilir. Öz avtomobilinizə və büdcənizə uyğun olaraq seçə biləcəyiniz 500 AZN və ya 900 AZN sığorta haqqı ilə avtomobilinizi avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma, soyğunçuluq, yanğın və partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklər qarşısında təminat altına almış olacaqsınız.

Avtomobilinizin güvənliyini uyğun qiymətlə sərfəli təminat təklif edən Optimal KASKO məhsuluna tam etibar edin, pulunuz büdcənizdə qalsın.


Optimal KASKO məhsulunu əldə etmək, eyni zamanda daha ətraflı məlumat üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə ( https://www.facebook.com/pasha.insurance/ ) göndərərək Optimal KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующая новость

PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətlərinin maliyyə dəstəyi ilə Azərbaycana cəlb edilən kubalı həkimlər daha 3 ay ölkəmizdə fəaliyyət göstərəcəklər
PASHA chatSualınız var?