*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
21 июнь 2022

PAŞA Sığortanın dəstəyi ilə “Müharibə sonrası travmalar və onların aradan qaldırılması yolları” adlı seminar təşkil olunmuşdur.

PAŞA Sığortanın maliyyə dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyi, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, eyni zamanda  Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Müharibə sonrası travmalar və onların aradan qaldırılması yolları” adlı seminar təşkil edilmişdir.

Tədbirdə millət vəkilləri, təşkilat rəhbərləri və psixoloji sağlamlıq mütəxəssisləri ilə yanaşı, şəhid ailələri və qazilər iştirak etmişdir.

Seminarın əsasını 44 günlük Qarabağ Müharibəsi və bundan sonrakı dövrdə müharibə iştirakçılarının, eyni zamanda şəhid və qazilərin ailə üzvləri və onların övladlarının aldığı travmaların aradan qaldırılması mövzusu əhatə etmişdir. Seminarın təşkilinin əsas məqsədi bu travmalara məruz qalmış böyüklərin, həmçinin azyaşlı uşaqların sarsıntı vəziyyətindən çıxa bilmələri üçün həll yollarının təqdim olunmasından ibarət olmuşdur.

Seminar müddətində Türkiyənin tanınmış  mütəxəssisi Psk.Dr. Nevin Dölek iştirakçılara müharibə sonrası travmalar və onların aradan qaldırılma yolları haqqında geniş məlumat vermişdir.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


Следующие новости

PAŞA Sığortadan səyahət sığortasını onlayn almaq imkanı!