*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Карьера

Закрывать
02 май 2022

Sığorta istehlakçılarının ən güvəndiyi şirkət PAŞA Sığorta oldu!

Ötən ilin yekunlaşmış maliyyə nəticələrinə əsasən, qeyri-həyat sığorta bazarında hər zaman liderliyini qoruyan PAŞA Sığorta şirkəti 2021-ci ildə də sığorta istehlakçılarının seçimi olub.

Müştərilərin şirkətə olan inamının göstəricisi olaraq PAŞA Sığorta 2021-ci ilin yekun maliyyə hesabatlarına görə 179.076.997 AZN sığorta yığımı toplamışdır. PAŞA Sığorta ASC-dən aldığımız məlumatda bildirilib ki, şirkətin mənfəəti 2021-ci il üzrə 24.634.343 AZN olmuşdur.


“PAŞA Sığorta qeyri-həyat sığorta bazarında ən yüksək sığorta yığımına sahib şirkət olmuşdur. Bu bizim üçün gəlirlilikdən əlavə müştərilərimizin bizə olan etimadıdır.”- deyə şirkət rəsmisi bildirib.

 Şirkət öz növbəsində ötən il ərzində baş vermiş ümumi sığorta hadisələri ilə əlaqədar öz fərdi və korporativ müştərilərinə 75.026.437 AZN sığorta təminatı ödəmişdir.

Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstərir.


"PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующие новости

PAŞA Sığortadan tibbi sığorta əldə edənlərə hədiyyəli kampaniya!