Hadisən olub və günah səndədir? İcbari sığorta qarşı tərəfə dəymiş zərəri ödəsə də, sənin avtomobilinə dəyən zərəri biz ödəyə bilərik! Avtomobilini sığortala və gözlənilməz hadisələrdən qorxma
Sığorta ilə həm evin və ev əşyaların güvəndə olacaq, həm də qonşuların səndən tam razı qalacaq.
Səyahət zamanı üzləşə biləcəyin sağlamlıq problemlərindən, əşyalarının itməsindən qorxma. Çünki sığorta ilə getdiyin hər yerdə rahat hiss edəcəksən.
Keyfiyyətli tibbi dəstəklə 24/7 sağlamlığının və gözlənilməz hadisələrə qarşı büdcənin qayğısına qalırıq.





Sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə ödənməyən və sığortalının üzərində qalan hissəsidir.
Məsələn: Sığortalanmış avtomobilin sığortası üzrə müqavilədə şərtsiz azadolma məbləği 500 manat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 8900 manat həcmində zərər dəyir. Bu halda sığortaçı sığorta olunana 8400 manat (8900 – 500 = 8400 manat) məbləğində ödəniş verir. Əgər müqavilədə azadolma məbləği şərtsiz deyil, şərtli nəzərdə tutulsa idi, bu zaman zərər həmin məbləğdən çox olduğu üçün bütövlükdə, yəni 8900 manat məbləğində ödəniləcəkdi. Bundan əlavə, əgər dəyən zərərin həcmi 500 manatdan az (məsələn, 489 manat) təşkil etsə idi, müqavilədə azadolma məbləğinin şərtli və ya şərtsiz nəzərdə tutulmasından asılı olmayaraq, heç bir sığorta ödənişi verilməyəcək.
Bu suala cavab olaraq 3 əsas məqamı sadalaya bilərik:
1. Avtomobilin icbari sığortası sadəcə qəza hadisələri zamanı yaranmış zərəri qarşılayır. KASKO sığorta isə daha çox risklər üzrə ödəniş edir. Məsələn, avtomobilin üzərinə atılmış və ya düşmüş əşya, oğurluq, quldurluq, yanğın, partlayış, təbii fəlakət. İcbari avtomobil sığortası isə bu risklərin heç biri üzrə təminat vermir.
2. Avtomobilin icbari sığortası dəymiş zərər sadəcə 5000 AZN-dək olarkən sığorta ödənişi edir. KASKO sığorta isə avtomobilin bazar dəyəri qədər təminat verərək daha yüksək məbləğdə ödəniş həyata keçirir.
3. KASKO sığorta icbari sığortadan fərqli olaraq qəza zamanı günah səndə olsa belə, dəymiş zərər üzrə ödəniş edir.
Səyahət sığortası ölkəxarici və ya ölkədaxilinə səyahət edilən zaman baş verə biləcək xərcləri qarşılayır. Məsələn, xəstələnərkən yarana biləcək tibbi xərclər, baqajın itməsi və ya zədələnməsi, itmiş və ya səhv istiqamətdə göndərilmiş baqajın axtarılması və qaytarılması, səyahətin ləğv edilməsinə görə (fors-major hallarda) yaranan maddi itkilər və s. üzrə təminat verir.
Əgər əmlak sığortan varsa, hadisələr zamanı evinə və ev əşyalarına dəyən zərər məbləği sığorta şirkəti tərəfindən qarşılanır. Məsələn, yanğın, partlayış, subasma, oğurluq və digər hadisələr baş verdikdə əmlak sığortana uyğun olaraq zərərin həcmi hesablanır və sənə ödəniş edilir.
