*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla

 

PAŞA Sığorta” ASC-də avtomobillərin tam sığortasına 3 bölmə daxildir:

  • Bölmə 1. Avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması (Kasko)
  • Bölmə 2. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət
  • Bölmə 3. Sürücü və sərnişinlərin fərdi qəza sığortası

Müştərilərimizin yuxarıda göstərilən bölmə ilə yanaşı digər iki bölmələrdən
birini seçmə imkanı da var.

Bölmə 1. Avtonəqliyyat vasitələrinin zədələnməsi və ya məhv olması (KASKO).

  • Avtonəqliyyat hadisəsi;
  • Atılmış və ya düşmüş əşya;
  • Üçüncü şəxsin qanunazidd hərəkəti;
  • Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;
  • Yanğın və partlayış;
  • Heyvanların hərəkəti;
  • Təbii fəlakət.

Bölmə 2. Üçüncü şəxslər qarşısında mülki məsuliyyət. Bu bölmə sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə vurulmuş maddi və bədən xəsarətinə görə zərərin əvəzinin ödənilməsini əhatə edir.


Bölmə 3. Sürücü və sərnişinlərin fərdi qəza sığortası.


Bölmə 1 üzrə sığorta təminatı verilən risklərdən baş verən hadisələr nəticəsində sığorta olunanların ölüm, əmək qabiliyyətlərini tam və ya qismən itirmələri və xəsarət almaları risklərini əhatə edir.

Bölmə 2 - üçüncü şəxslər qarşısında mülki məsuliyyət üzrə:

Məsuliyyət həddi (AZN)Sığorta haqqı (AZN)
10 00040
15 00055
20 00070
25 00080
50 000110
100 000160

Qeyd: Yuxarıda qeyd olunan məsuliyyət hədləri üzrə ödənişlər Azərbaycan Respublikası avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə müəyyən olunmuş sığorta məbləğinə əlavə olaraq ödənilir.


Bölmə 3 - sürücü və sərnişinlərin fərdi qəza sığortası üzrə:

Sığorta məbləği (AZN)Sığorta haqqı (AZN)
5 0006
10 00012
15 00018
20 00024
25 00030

"PAŞA SIĞORTA" ŞİRKƏTİNİN TƏQDİM ETDİYİ ƏLAVƏ XİDMƏTLƏR

Hər bir tam KASKO müştərisi, təklif olunan Free, Standart, Premium və ya PASHA Ladies paketlərindən birini seçərək müvafiq paketə daxil olan əlavə xidmət və güzəştlərdən yararlana bilər. Əlavə xidmət və güzəştlərə aşağıdakılar daxildir:

ƏLAVƏ XİDMƏTLƏR VƏ GÜZƏŞTLƏR

Free

Standard

Premium

PASHA Ladies

Taksi xidməti (1)

-

-

14 gün

14 gün

Evakuasiya xidməti (2)

-

2 dəfə

3 dəfə

2 dəfə

Yol nəqliyyat hadisəsi zamanı sığortalının/sığorta olunanın günahı olmayan hadisələrdə şərtsiz azadolma məbləğinin tətbiq olunmaması (3)

+

+

+

+

Avtomobilin bazar dəyərinə uyğun olaraq sığorta haqqının hissəli ödənişi

+

+

+

+

Avtomobilin bazar dəyərindən asılı olmayaraq sığorta haqqının 10 aya qədər hissəli ödənişi

-

-

+

-

Digər sığorta növləri üzrə məhsul alarkən güzəştlər

+

+

+

+

İstənilən sürücü (4)

+

+

+

+

 

 

(1) Taksi xidməti yalnız sığortalı müştəri tərəfindən 14 gün müddətində, gündəlik 20 AZN limit tətbiq olunmaqla istifadə edilə bilər. Sığorta hadisəsi nəticəsində avtomobilin servisdə olduğu müddətə verilən taksi xidməti, təmir prosesi bitən kimi dayandırılır. Qiymətləndirmədən sonra sığorta ödənişi faydalanan şəxsə pul şəklində ödənilərsə, taksi xidməti dayandırılacaq. Xidmətdən istifadə üçün +994502508383 və ya *7000 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.  Taksi xidməti yalnız Bakı-Abşeron-Xırdalan- Sumqayıt ərazisində keçərlidir.

(2) Pulsuz evakuasiya xidməti avtomobil hər hansı bir səbəbdən hərəkət edə bilmədiyi zaman və yalnız Bakı-Abşeron-Xırdalan- Sumqayıt ərazisində (ən yaxın avtoservisə daşınması) olmaqla, tətbiq olunur. Sığorta hadisəsindən kənar hallarda avtomobil yolda nasaz qalarsa, +994502508383 və ya *7000 nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

(3) Yol nəqliyyat hadisəsi zamanı sığortalının/sığorta olunanın təqsiri olmayan hadisələrdə şərtsiz azadolma məbləği tətbiq olunmur. Yol nəqliyyat hadisəsi zamanı zərərvuran tərəf müəyyən olunmadıqda azadolma məbləği tətbiq olunur.

(4) Avtomobili qanuni əsaslarla idarə etmək hüququ olan istənilən fiziki şəxs tərəfindən idarə edilməsi halında dəyən zərər, sığorta təminatına daxildir.


PASHA Ladies paketi yalnız qadın sürücülər üçün keçərlidir.



Qeyd edək ki, xidmətlər saytda qeyd olunan formada təqdim ediləcəkdir.

Müraciət forması

Təşəkkür edirik!!

Sizinlə yaxın zamanda əlaqə saxlanılacaq.

Xahiş edirik ki, əlaqə nömrənizi düzgün formatda daxil edin

Ok