*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Карьера

Закрывать
17 Январь 2022

PAŞA Sığorta “Həm sığortala, həm qazan!” əmlak sığortası kampaniyasını elan edir!

Arzuolunmaz hadisələr nəticəsində yaranan maddi itkilər ilə gözlənilmədən qarşılaşmaq olduqca çətindir. Evinizə dəyə biləcək zərərlərə qarşı PAŞA Sığortanın könüllü əmlak sığortası sizə maddi və mənəvi təhlükəsizlik təmin etməklə yanaşı həm də hədiyyə qazandırır.

Belə ki, “Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna daxil olan Çinar, Cökə və Zeytun paketlərindən birini əldə edərək həm evinizi sığortalaya, həm də PAŞA Sığortadan hədiyyə olaraq alış-veriş kartı qazana bilərsiniz.  “Həm sığortala, həm qazan!” kampaniyamız çərçivəsində müştərilərimiz 99 AZN sığorta haqqı ilə Çinar, 149 AZN sığorta haqqı ilə Cökə və 199 AZN sığorta haqqı ilə Zeytun paketini əldə etdikləri zaman, “Bravo” mağazalarından müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində alış-veriş kartını hədiyyə olaraq qazanacaqlar.

Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya //bit.ly/3msFGGG keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующие новости

PAŞA Sığorta şirkətinin İdarə Heyətində yeni təyinat!