*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
01 июнь 2023

PAŞA Sığorta PAŞA Holdinqin dəstəyi ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə talassemiyadan əziyyət çəkən uşaqlar üçün tədbir keçirib!

Ənənəvi olaraq hər il 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə KSM tədbir həyata keçirən PAŞA Sığorta şirkəti bu il də ənənəsinə sadiq qalıb. Belə ki, şirkət bu il Uşaqların Beynəxalq Müdafiəsi bayramını PAŞA Holdinqin və Talassemiya Mərkəzinin də dəstəyi ilə talassemiyadan əziyyət çəkən uşaqlar və körpələrlə keçirib. Tədbirdə PAŞA Sığorta şirkətinin könüllü əməkdaşları uşaqlarla birgə velosiped rəngləyərək onlarla əyləncəli vaxt keçirib. Daha sonra bu velosipedlər uşaqlara hədiyyə edilib. Tədbirdə uşaqların səmərəli vaxt keçirməsi, eyni zamanda əylənməsi üçün xüsusi proqram hazırlanıb.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующие новости

Fariz Əzizov: "Biz, PAŞA Sığorta olaraq çalışırıq ki, sadəcə maliyyə göstəricilərimizi deyil, eyni zamanda daxili idarəetmə, keyfiyyət, nəzarət göstəricilərimizi də beynəlxalq standartlara uyğunlaşdıraq."