*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Карьера

Закрывать
24 ноябрь 2021

PAŞA Sığorta “Sığortala evini, qazan hədiyyəni!” əmlak sığortası kampaniyasını elan edir!

İsti evimizə qarşı hər zaman qayğılı olmağa çalışsaq da, bəzən bizdən asılı olmayan səbəblərdən istənilməyən zərərlərlə üzləşə bilərik.
Sizi məyus edə biləcək hadisələr qarşısında təşvişə düşməkdənsə, bu hissəni bizə həvalə edin. “Sığortala evini, qazan hədiyyəni!” kampaniyamız çərçivəsində əmlakınızı sığortalamaq sizə sevinc bəxş edəcək.


“Yaşıl Bakı” könüllü əmlak sığortası məhsuluna daxil olan Zeytun, Çinar və Cökə paketlərindən birini əldə edərək həm evinizi sığortalayacaq, həm də PAŞA Sığortadan hədiyyə olaraq alış-veriş kartı qazanacaqsınız. Yeni kampaniyamıza əsasən, müştərilərimiz 99 AZN sığorta haqqı ilə Çinar, 149 AZN sığorta haqqı ilə Cökə və 199 AZN sığorta haqqı ilə Zeytun paketini əldə etməklə yanaşı, “Evimiz” mağazalarından müvafiq olaraq 30 AZN, 40 AZN və 50 AZN dəyərində alış-veriş kartını hədiyyə olaraq əldə edəcəklər.

Könüllü əmlak sığortası məhsullarını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat almaq üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya və ya //bit.ly/3msFGGG keçidi vasitəsilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


Следующие новости

PAŞA Sığorta yeni “Yaxın Qonşu” könüllü əmlak sığortası məhsulunu təqdim edir