*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
23 Декабрь 2022

PAŞA Sığorta şirkəti PAŞA Holdingin "Vətən əmanətlərin keşiyindədir" adlı layihəsinə dəstək göstərəcək.

PAŞA Holding  Vətən müharibəsi və sentyabr təxribatları zamanı Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçmiş şəhidlərin bizə əmanət qoyduğu 18 yaşadək övladları üçün “Vətən əmanətlərin keşiyindədir” adlı sosial dəstək proqramına start verir. Proqramın həyata keçirilməsində əsas məqsəd bu övladlarımızın təhsil təminatının yaxşılaşdırılması, bu ailələrin sosial rifahının yüksəldilməsi və onlara səhiyyə dəstəyi göstərməkdir.

Bu proqrama dəstək göstərən şirkətlərdən biri də şəhid və qazi ailələrinə göstərdiyi qayğı ilə hər zaman fərqlənən PAŞA Sığorta şirkəti oldu. Belə ki, şirkət sosial dəstək proqramı çərçivəsində 2023-cü ildən etibarən 18 yaşadək şəhid övladları üçün xüsusi sığorta paketi təqdim edəcəkdir. Genişləndirilmiş sığorta paketinə həm stomatologiya, həm də xroniki xəstəliklərin müalicəsi daxildir.

19 dekabr tarixində proqramın təşkilatçısı PAŞA Holding və proqrama dəstək göstərəcək tərəflər arasında görüş keçirilib. Görüşdə PAŞA Sığorta şirkətinin Marketinq və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Məruz Əzməmmədova, PAŞA Holdingin Korporativ Sosial Məsuliyyət departamentinin rəhbəri Nazim Səfərov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyeva və digər rəsmilər iştirak etmişdir.

PAŞA Sığorta tərəfindən son illər ərzində şəhid və qazi ailələri üçün “Ana Sahibkar”, “Cəsur qəlblər üçün əl-ələ” və bu kimi bir çox layihələr  həyata keçirilmişdir. Şirkət tərəfindən həmçinin bu ailələrin psixoloji vəziyyətinin də yaxşılaşdırılması üçün də müəyyən addımlar atılmışdır. Şirkət növbəti ildə də şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılmasını hədəfləyən layihələrə dəstək göstərməyə davam edəcək.

 Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующие новости

PAŞA Sığortadan icbari avtomobil sığortasını onlayn əldə etmək imkanı!