*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Личный кабинет

Закрывать

Карьера

Закрывать
06 Aвгуст 2020

PAŞA Sığortadan könüllü əmlak sığortasını hissəvi ödənişlə əldə etmək imkanı!

PAŞA Sığorta müştərilərə daşınmaz və daşınar əmlakın könüllü sığorta məhsulunu əldə etmək üçün əlverişli ödəniş imkanı təqdim edir. İndi siz "Yaşıl Bakı" könüllü əmlak sığortasını əldə edərkən sığorta haqqı ödənişini məbləğdən asılı olaraq bir neçə aya bölərək ödəyə bilərsiniz.



“Yaşıl Bakı” könüllü əmak sığortası 3 paketdən ibarətdir: Çinar, Cökə və Zeytun. Siz 99 AZN sığorta haqqı ilə Çinar paketini 2 ay, 149 AZN sığorta haqqı ilə Cökə paketini 3 ay, 199 AZN sığorta haqqı ilə Zeytun paketini isə 4 aya qədər hissəvi ödəniş imkanı ilə əldə edə bilərsiniz. Əldə edəcəyiniz sığorta paketi ilə əmlakınızı yanğın, subasma, təbii fəlakətlər, oğurluq və bu kimi digər hallara qarşı təminat altına ala biləcəksiniz. Qeyd edək ki, Yaşıl Bakı sığorta paketləri yalnız Bakı şəhərində yerləşən mənzillər üçün keçərlidir. Bildirmək istərdik ki, hissəvi ödəniş imkanı sadəcə *7000 qısa nömrəsi və telesatış vasitəsilə könüllü əmlak sığortası üçün müraciət edəcək müştərilərimizə şamil olunacaq.


Əmlakınızı yüksək zərərli hadisələrdən sığortalamağınız çox vacibdir, çünki həyatda sahib olduğumuz maddi sərvətlərin sırasında ən əhəmiyyətli yerlərdən birini yaşadığımız evimiz tutur.


Könüllü əmlak sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook və Instagram səhifələri vasitəsilə, kampaniya haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir .

Следующие новости

PAŞA Sığorta KASKO sığortası əldə etmək istəyən müştərilər üçün hissəli ödəniş planı təklif edir!