*7000

Заказать звонок

Запросить обратный звонок

Закрыть
Спасибо!

Мы свяжемся с Вами в рабочее время

23 Сентябрь 2020

PAŞA Sığortadan zəhmətkeş neftçilər üçün özəl endirim kampaniyası!


Hər zaman müştəriləri maraqlı təkliflərlə sevindirən PAŞA Sığorta şirkəti ölkə iqtisadiyyatının təməl sahələrindən olan neft sektoru əməkdaşlarına KASKO sığortası üzrə 40% endirim imkanı təqdim edir.


Neftçilər və neft sektorunda çalışan şəxslərin əzmkar fəaliyyətinə hörmət əlaməti olaraq PAŞA Sığorta şirkəti onlara fərdi KASKO könüllü avtomobil sığortası üzrə yeni kampaniyadan faydalanmağı təklif edir. Belə ki, kampaniya çərçivəsində 23 oktyabr tarixinədək sözügedən sahəni təmsil edən əməkdaşlar iş yerinə dair müvafiq sənəd təqdim etməklə avtomobillərini tam 40% endirimlə yol-nəqliyyat hadisəsi, kənar şəxslərin qanunazidd hərəkəti, atılmış/düşmüş əşya, təbii fəlakət və s. risklərdən sığortalaya biləcəklər.



KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/2ER80C6 keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə ( https://www.facebook.com/pasha.insurance/ ) göndərərək qiymət təklifi əldə etmək mümkündür.


Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Следующая новость

PASHA Insurance предлагает страховые продукты в гипермаркете Bravo
PASHA chatSualınız var?