*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Правила оплаты

Bağla

Karyera

Bağla
03 Февраль 2021

PAŞA Sığortanın təqdim etdiyi COVID Yardım tibbi sığorta məhsulu yeniləndi!

PAŞA Sığortanın təqdim etdiyi koronavirus təminatlı “COVID Yardım” adlı tibbi sığorta məhsulu müştərilər üçün ən münasib tibbi sığortanı təqdim etmək məqsədilə yeniləndi. Belə ki, daha öncə sadəcə 2 paketdən ibarət olan məhsul artıq 4 paket şəklində müştərilərə təqdim edilir. İndi “COVID Yardım” məhsulunun “Classic+” paketini 6 ay və 12 aylıq müddətə əldə etmək mümkündür ki, bu zaman sığorta haqqı müvafiq olaraq 159 AZN və 209 AZN təşkil edir. Məhsulun “Silver” adı ilə təqdim edilən paketini isə 6 ay və 12 aylıq müddətə sığorta haqqı müvafiq olaraq 249 AZN və 299 AZN olmaqla müştərilərə təklif edilir və bu paketə COVID-19 virusunun ambulator müalicəsi zamanı 400 AZN dəyərində dərman təminatı da daxildir.

Tibbi göstərişlərə əsasən, səhhətində koronavirus göstəricilərini və əlamətlərini hiss edərək müraciət edən sığortalı müştəriyə dianostika üçün COVID-19 PZR testi (analiz burun-boğazdan yaxma üsulu ilə götürülür), COVID-19 İgM, COVID-19 İgG müayinələri və həkim göstərişinə, əsasən, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi ilə təminat bütün paketlərə daxildir. Əsas yeniliklərdən biri isə bütün paketlərə telesəhiyyə xidmətinin daxil edilməsidir. COVID Yardım məhsulunu həm ailə üzvləriniz, həm də özünüz üçün əldə edə bilərsiniz.

Məhsula 14 gün gözləmə müddəti tətbiq edilir, məhsulu həm fərdi vətəndaşlar, həm də hüquqi şəxslər əldə edə bilərlər. Məhsul haqqında ətraflı məlumat eyni zamanda, müraciət üçün *7000 – Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya bilərsiniz.



COVID Yardım məhsulu ilə virusa qarşı neqativ ol!

Следующие новости

PAŞA Sığorta hər kəsin büdcəsinə uyğun Optimal KASKO məhsulunu təqdim edir!