*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

16 May 2018

EVrika: Azərbaycanda artıq bütün mənzillər sığortalanacaq

EVrika: Azərbaycanda artıq bütün mənzillər sığortalanacaq


PAŞA Sığorta-nın müştərilərə təqdim etdiyi yeni məhsul ilə artıq Azərbaycanda sığortasız mənzil qalmayacaq.


İllik sadəcə 24 manat ödəməklə müştərilər yanğın, ildırım, partlayış; təbii fəlakətlər; oğurluq, qarət; su borularından axan suyun, buxarın və mayelərin vurduğu zərər kimi sığorta risklərinə qarşı 10 000 AZN məbləğində təminat əldə edə biləcəklər. Respublikamızın tektonik zonada yerləşdiyinə görə zəlzələ, yer sürüşməsi, yanğın, ildırım düşməsi və digər fəlakətlər Azərbaycanda nadir rast gələn hallar deyil, buna görə də bu kimi yüksək risklərdən hər kəs üçün dəyərli olan mənzilinin sığortalı olması çox vacibdir.


Evdən çıxanda qazı bağlamağı hər kəs unuda bilər və ya elektrik kabellərində qısa qapanma hər evdə ola bilər. Buna görə bu risklərdən sığortalanmaq üçün illik cəmi 24 manat ödəməyiniz bəs edir.


Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta: Uşaqları sevindirmək üçün, sığortanı ONLAYN al!
PASHA chatSualınız var?