Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Hörmətli Müştərimiz,
Bu veb saytdan istifadə edərkən və təklif etdiyimiz xidmətlərdən yararlanarkən Sizinlə bağlı əldə olunan fərdi məlumatların hansı formada istifadə olunacağı və necə qorunacağı hazırkı “Məxfilik siyasəti”ndə qeyd edilən qaydada tənzimlənir.
“Məxfilik siyasəti” www.pasha-insurance.az veb saytında toplanan məlumatlara aiddir və bu veb saytda qeydiyyatdan keçməklə, siz, “Məxfilik siyasəti”nin şərtləri ilə razılaşdığınızı təsdiqləyirsiniz. Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq, PAŞA Sığorta ASC yalnız sizin tərəfinizdən veb sayta daxil edilmiş fərdi məlumatları toplayır və işləyir. Siz veb sayta öz fərdi məlumatlarınızı daxil etməklə həmin məlumatların PAŞA Sığorta ASC tərəfindən toplanmasına və işlənməsinə icazə vermiş olursunuz.
Anlayışlar
Fərdi məlumatları qoruma öhdəliyi.
Konfidensial fərdi məlumatlarınızın məxfiliyinin qorunması bizim üçün vacib amillərdən biri olduğuna görə, bununla bağlı tərəfimizdən lazımi texniki-təşkilati tədbirlər görülmüşdür. Tərəfimizdən toplanılacaq və işləniləcək fərdi məlumatlarınız müvafiq qanunla qorunur. Nəzərinizə çatdırırıq ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinin tələbinə uyğun olaraq, konfidensial fərdi məlumatlarınız qanunla müəyyən olunmuş hallar və Sizin razılığınız istisna olmaqla üçüncü şəxslərə verilmir.
Əgər siz artıq PAŞA Sığortanın müştərisisinizsə, sığortalı və ya sığortaolunan olaraq sığorta sirri təşkil edən fərdi məlumatlarınızı qorumaq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununa əsasən, PAŞA Sığorta ASC-nin öhdəliyidir.
Məlumat mənbələri
Sizin tərəfinizdən təqdim edilən məlumatlar
Veb saytdan istifadə edərək daxil etdiyiniz məlumatlar tərəfimizdən toplanılır. Bu yolla əldə edilmiş fərdi məlumatlarınız tamamilə azad iradənizlə təmin etdiyiniz məlumatlardır. Sizdən tələb edilən məlumatların hamısını düzgün və tam olaraq qeyd etməlisiniz. Verdiyiniz məlumatların doğru və tam olmasına görə siz özünüz məsuliyyət daşıyırsınız. Yanlış və/və ya natamam məlumatların daxil edilməsi, tələb etdiyiniz sığorta məhsulunun etibarlılığını, sığorta təşkilatı olaraq bizim və/və ya sığorta vasitəçilərimizin sizə və/və ya sığortalıya qarşı olan məsuliyyətimizə və sığorta ödənişi tələblərinə təsir edə bilər. Belə olan halda PAŞA Sığorta heç bir məsuliyyət daşımır. Yanlış və/və ya natamam məlumat daxil etməyiniz ucbatından PAŞA Sığorta üçün yaranacaq hər cür zərərə görə siz məsuliyyət daşıyırsınız.
Məlumatların avtomatik toplanması alətləri - Kukilər
Kukilər kompüteriniz, planşetiniz və ya mobil telefonunuzda saxlanılan kiçik mətn fayllarıdır. Bu fayllarda sizin IP adresiniz, istifadə olunan brauzer proqramının növü,saytdan istifadənin tarixi və müddəti, saytın istifadə etdiyiniz bölmələri və sairə haqqında məlumatlar saxlanılır.PAŞA Sığorta bir çox veb saytlarda olduğu kimi, veb sayt istifadəçiləri üçün xidmət səviyyəsinin artırılması məqsədilə kukilərdən və digər texnologiyalardan faydalanır.
Bu veb saytdan istifadə edərək, siz PAŞA Sığortanın məlumatları müəyyən edildiyi kimi sizin qurğunuzda saxlaması və daxil olmasına razılıq verirsiniz. Kukilərdən istifadə olunmasını qəbul etmirsinizsə veb saytı tərk etməli və ya kuki seçimlərinizi hazırki Məxfilik siyasətində göstərilən qaydada dəyişdirməlisiniz. Kukilərə icazə verilmədiyi halda veb saytdakı bəzi funksiyaların öz funksiyonallığını itərə biləcəyini nəzərə almağınızı xahiş edirik.
Digər mənbələrdən əldə edilən məlumatlar
Sığorta xidmətlərinin təşkil edilməsi, yeni sığorta hadisələrinin tənzimlənməsi və araşdırılması məqsədilə sizin müvafiq dövlət orqanları, maliyyə bazarlarına nəzarət orqanı və icbari sığorta bürosunun elektron informasiya daşıyıcılarında yerləşdirilmiş və ötürülməsi qanunvericiliklə qadağan olmayan fərdi məlumatlarınız da toplanıla bilər.
Hansı məlumatlar toplanacaq?
Məlumatlar hansı məqsədlə istifadə edilə bilər?
Məlumatları əldə edə bilən subyektlər
PAŞA Sığorta olaraq, fərdi məlumatlarınızın yuxarıda göstərilən məqsədlərlə və qanunvericiliyə uyğun olaraq aşağıda qeyd edilən üçüncü tərəflərlə bölüşə bilərik:
Xidmətin təmin edilməsi məqsədilə fərdi məlumatlarınız PAŞA Sığorta tərəfindən dövlət orqanları, texniki dəstək göstərən İT şirkətləri, agentlərimiz, digər sığortaçılar, müştərək sığortaçılar, təkrar sığortaçılar, sığorta vasitəçiləri / brokerlər, və banklara ötürülə bilər;
Məlumat prosessorları kimi fəaliyyət göstərən PAŞA Holding MMC və onun digər törəmə şirkətlərinə, texniki məsləhətçilərə, mütəxəssislərə, vəkillərə, həkimlər; ekspertlərə; əməliyyatları yerinə yetirmək üçün xidmət göstərən şirkətlərə (İT, poçt); və sairə ötürülə bilər;
Hər hansı bir qanuni öhdəliyi yerinə yetirmək, o cümlədən sizə təqdim etdiyimiz məhsul və ya xidmətdən şikayət etdiyiniz təqdirdə müvafiq nəzarətedici orqanlara ötürülə bilər.
Səhhətinizin qorunması məqsədilə xüsusi kateqoriyalı məlumatları həkimlərə və tibbi təminatçılara ötürülə bilər
Digər veb saytlara keçid
Bu veb sayt vasitəsilə başqa veb saytlara keçidlər təqdim edilə bilər. PAŞA Sığorta digər veb saytların məzmununa və ya məxfilik siyasətinə görə məsuliyyət daşımır. Başqa veb saytlar fərqli formada öz məlumat toplama və məxflik siyasətinə sahibdirlər. Buna görə də, bu veb sayt vasitəsilə keçid etdiyiniz digər veb saytlarınməxfilik siyasətini nəzərdən keçirməyiniz tövsiyə olunur.
Digər istifadə şərtləri
PAŞA Sığorta, istənilən zaman və əvvəlcədən xəbərdar etmədən Məxfilik siyasətinin müddəalarına əlavələr etmək, onları dəyişdirmək və ya çıxarmaq hüququnu özundə saxlayır. Bu cür dəyişikliklər edildikdən sonra siz veb saytdan istifadə etməklə, bu dəyişiklikləri qəbul etmiş olursunuz.
PAŞA Sığorta, veb saytda əks olunan məlumatların mütəmadi olaraq yenilənməsinə səy göstərəcək. Lakin, PAŞA Sığorta, İstifadəçi tərəfindən veb sayta daxil edilən məlumatların doğruluğu və tamlığına dair hər hansı zəmanət vermir.
PAŞA Sığorta, öz qəsdi və ya kobud səhvindən yaranan birbaşa zərərlər istisna olmaqla, Veb saytın istifadəsi nəticəsində meydana gələ biləcək birbaşa və ya dolayı zərərə görə heç bir halda məsuliyyət daşımır.
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən İstifadəçi onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. İstifadəçinin etirazı bizə yazılı surətdə və ya onlayn qaydada təqdim olunmalıdır. İstifadəçilərin etirazının əsaslandırılması tələb olunmur.