*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
13 March 2024

PAŞA Sığorta fərdi könüllü sağlamlıq sığortası məhsulları üzrə bahara özəl kampaniya elan edir!

Hər fəsil müxtəlif kampaniyalar ilə müştərilərini sevindirən PAŞA Sığorta bu bahar da sizlərə özəl kampaniya təqdim edir. Belə ki, “Yurda bahar, sənə sağlamlıq yaraşır!” kampaniyası çərçivəsində fərdi könüllü sağlamlıq sığortası məhsullarını əldə edən müştərilər 150 AZN-dək alış-veriş kartı əldə edəcək.

13 mart – 9 aprel tarixlərində davam edəcək kampaniya çərçivəsində “Ailə Dostu” məhsulunu əldə edənlər 150 AZN-dək, “SağlamSən” məhsulunu əldə edənlər 100 AZN-dək, “Kompakt” məhsulunu əldə edənlər isə 20 AZN dəyərində alış-veriş kartı əldə edəcəklər.

Qeyd edək ki, könüllü sağlamlıq sığorta məhsulu əldə edən müştərilər qabaqcıl özəl klinikalarda və tibbi müəssisələrdə təcili vaksinasiya, fizioterapiya, müalicəvi masaj, stomoloji yardım kimi xüsusi təminatlar və digər tibbi xidmətlərdən yararlana bilərlər.

“Ailə Dostu” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün cutt.ly/0w0mc90f, “SağlamSən” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün cutt.ly/1w0mc7To, “Kompakt” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün isə cutt.ly/tw0mcKCd linkinə keçid edə bilərsiniz. Həmçinin, *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığortanın rəsmi “Facebook” və “Instagram” sosial media hesablarına yazaraq müraciətinizi bildirə bilərsiniz.

"PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta şirkəti qeyri-həyat sığorta sektoru üzrə 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta şirkətinin dəstəyi ilə “PTSP hallarında Yazılı Ekspozisiya Terapiyası” kitabının və “CPT Coach” Mobil Tətbiqin təqdimat mərasimi keçirilib.