*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
14 February 2022

PAŞA Sığorta kasko sığortalı müştərimizə 118 900 AZN ödəniş etdi!

Qəza anında hər zaman operativ şəkildə müştərilərinin köməyinə çatan PAŞA Sığorta şirkəti ötən ilin son rübündə qəza hadisəsi nəticəsində fərdi müştərisinə 118 900 AZN sığorta ödənişi həyata keçirmişdir. Qeydə alınan hadisəyə əsasən, Ələt-Astara yolunda hərəkətdə olan sığortalı Audi Q7 markalı avtomobil sahibi yağışlı hava şəraitində, sürüşkən yolda idarə etməni itirərərək qəzaya uğramış və avtomobil tam yararsız hala düşmüşdür. PAŞA Sığorta qəza zamanı avtomobilə dəyən zərərlə bağlı Tam KASKO sığortalı müştərisinə 118 900 AZN sığorta təminatı ödəmişdir. 


Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

PAŞA Sığorta kasko seçiminin ən əyləncəli və ağıllı yollu olan Ağıllı Kasko platformasını təqdim edir!