*7000

Order call

Request a call back

Close form
Thank you!

You will be called during working hours

01 June 2018

PAŞA Sığorta: Uşaqları sevindirmək üçün, sığortanı ONLAYN al!

PAŞA Sığorta: Uşaqları sevindirmək üçün, sığortanı ONLAYN al!


PAŞA Sığorta şirkəti 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yeni aksiyaya start verir.


Beləliklə, yeni aksiyanın şərtlərinə görə PAŞA Sığortanın rəsmi veb səhifəsinin (www.pasha-insurance.az ) “Onlayn əldə et” bölməsindən sığortanı onlayn rəsmləşdirən müştərilərin sığorta haqlarının müəyyən hissəsi SOS uşaq kəndlərinə ianə olunacaqdır. Odur ki, uşaqları sevindirmək üçün, hər kəsi onlayn olaraq sığortalarını əldə etməyə çağırırıq. SOS Uşaq Kəndləri bütün dünyada valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edən asosiassiyadır. Siz də sığortanı onlayn alaraq “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi himayəsində olan 200-ə yaxın uşağın sevincinə və inkişafına dəstək ola bilərsiniz.


Qeyd etmək istərdik ki, hal hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

“PAŞA SIĞORTA” DAN BÜTÜN DÜNYANI ƏHATƏ EDƏCƏK YENİ MƏHSUL
PASHA chatSualınız var?