*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
17 November 2023

PAŞA Sığortadan region qeydiyyatında olanlara özəl "Region tarifi" kampaniyası başladı!


PAŞA Sığorta şirkəti region qeydiyyatında olan şəxslər üçün Tam KASKO məhsulu üzrə xüsusi kampaniya elan edir.

Belə ki, 31 may tarixinədək davam edəcək "Region tarifi" kampaniyasına əsasən avtomobili üçün Tam KASKO almaq istəyən, sığorta haqqı 400 AZN və daha yüksək məbləğli fərdi müştərilərə xüsusi endirimli tarif və 10 aya qədər hissəvi ödəniş imkanı veriləcək. 

Qeyd edək ki, kampaniya yalnız şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat ünvanı və iş yeri ünvanı Bakı, Sumqayıt və Abşeron istisna olmaqla digər regionlar olan və  yalnız 1 illik KASKO sığortası əldə etmək istəyən müştərilər üçün keçərlidir.

KASKO Bonus kampaniyası əldə etmək, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya cutt.ly/ewUaKOoA  keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram ( PAŞA Sığorta (@pasha_insurance) | Instagram ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.


Next news

Tural Əliyev: "PAŞA Sığorta şirkəti olaraq hədəfimiz daimi innovasiya və bir addım irəlidə olmaqdır"