*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Personal cabinet

Close

Career

Close
04 December 2023

“Yeni il fürsəti-24 %” endirim kampaniyası başladı!

Yeni ilin gəlişi münasibətilə PAŞA Sığorta “Yeni il fürsəti-24 %” adlı endirim kampaniyasını elan edir. 04.12.2023 tarixindən etibarən sığorta haqqı 500 AZN və daha yüksək məbləğli fərdi müştərilər TAM Kasko sığortasına 24 % endirim əldə edəcək.  

“Yeni il fürsəti-24 %”kampaniyasından yararlanmaq, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/pwPcc8VQ  keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram ( PAŞA Sığorta (@pasha_insurance) | Instagram ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Next news

“Alternativ” korporativ sağlamlıq sığortasına 10% endirim kampaniyası başladı!