*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Ödəniş qaydaları

Bağla

Karyera

Bağla
10 Noyabr 2020

PAŞA Sığorta KASKO üzrə hədiyyə dolu kampaniya təqdim edir

Davamlı olaraq sərfəli və unikal təkliflərlə çıxış edən PAŞA Sığorta şirkəti avtomobil sahibləri üçün yeni hədiyyə kampaniyasına start verir.

İlin sonunadək PAŞA Sığortadan könüllü avtomobil sığortası (KASKO) əldə edən fərdi müştərilər “Sərfəli KASKO ilə sevinc dolu hədiyyələr” kampaniyası çərçivəsində istəyə uyğun olaraq hədiyyə yanacaq kartı və ya alış-veriş kuponu qazanacaqlar. Belə ki, kampaniya şərtlərinə əsasən, 500-2500 AZN sığorta haqqına malik müştərilər 100 AZN nominallı, 2500 AZN və daha yüksək sığorta haqqına malik avtomobil sahibləri isə 200 AZN nominallı hədiyyə kartı əldə edəcəklər. Əlavə alternativ olaraq müştərilərə qeyd edilən nominal məbləğlər həcmində sığorta haqqına endirimdən faydalanmaq fürsəti də verilir.

KASKO sığortasını əldə etmək, həmçinin kampaniya barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://bit.ly/2G0vqVy keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə ( https://www.facebook.com/pasha.insurance ) göndərərək qiymət təklifi əldə etmək mümkündür.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta “Sığortalı evimdə yeni il sürprizi” adlı yeni kampaniyasını təqdim edir!