*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla

Məsuliyyət sığortasının ümumi ideyası – Sığortalı tərəfindən üçüncü şəxslərə qəsd olmadan vurulan ziyanın sığorta hesabına ödənilməsidir. Məsuliyyətin sığortasında məqsəd – gözlənilməz hallar yarandığı zaman sığortalının əmlak/maliyyə maraqlarının müdafiəsidir.


“PAŞA Sığorta” şirkəti müştərilərinə məsuliyyət sığortasının ən çox tələb olunan növlərini təklif edir:

  • ümumi məsuliyyətin sığortası;
  • peşə məsuliyyətinin sığortası;
  • işə götürənin məsuliyyətinin sığortası;

Ümumi məsuliyyətin sığortası – sığortalı tərəfindən həyata keçirilən fəaliyyət ilə bağlı yaranmış zərərin kompensasiyasını nəzərdə tutur. Belə sığorta, bu növ fəaliyyətə xas risklərə təminat verir.


Peşə məsuliyyətinin sığortası – peşə səhvi nəticəsində göstərilmiş keyfiyyətsiz xidmətlə əlaqədar yaranmış risklərin ödənməsi deməkdir.


Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən müəyyən edilmiş işə götürənin məsuliyyətinin sığortası – işə götürənin təqsiri ucbatından işçinin öz vəzifələrini yerinə yetirdiyi zaman ölümü, əmək qabiliyyətinin itirilməsi, aldığı zədələr və ya səhhətinə dəymiş digər ziyanlara görə ona (onun vərəsələrinə) ödənilməli olan pul kompensasiyası öhdəliyi deməkdir.


“PAŞA Sığorta” şirkətində məsuliyyətin sığortası müqaviləsinin bağlanmasının üstünlükləri ondadır ki, şirkət yalnız ziyanın və məhkəmə xərclərinin ödənilməsi və iddiaların tənzimlənməsi ilə bağlı xidmətlər deyil, həmçinin sığorta müqaviləsində nəzərə tutulduğu hallarda, üçüncü şəxslərin iddialarının sığortaçının özünü cəlb etmədən birbaşa nizamlayır.