Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Daşqın, yanğın, sel, xüsusi ilə də (respublikanın tektonik zonada yerləşməsi üzündən) zəlzələ, yer sürüşməsi, yanğın ,ildırım düşməsi və digər fəlakətlər Azərbaycanda nadir rast gəlinən hallar deyil. Bu kimi yüksək zərərli hadisələrdən sığortalana bilməniz üçün əmlakınızı icbari sığorta etməniz çox
vacibdir, çünki həyatda sahib olduğunuz maddi sərvətlərin sırasında ən önəmli yerlərdən birini daşınmaz əmlak tutur.
Şəhərimiz bizim böyük evimizdir. Hər kəsin Bakıda xoşbəxt yaşamaq, illərdir qazandığı evinin, bağının, biznes obyektinin xeyrini görmə haqqı var. Baş verə biləcək hər hansı bədbəxt hadisəni öncədən görmək çox çətindir, lakin onun fəsadlarını aradan qaldırmaq sosial bir vəzifədir. Yıxılanı ayağa qaldırmaq, ehtiyacı olana kömək etmək və təəssübkeşlik hər bir azərbaycanlnın sahib olduğu dəyərlərdəndir.
PAŞA Sığorta məhz bu dəyərləri əsas götürərək, bütün Bakı sakinlərini öz əmlaklarını sığortalamağa səsləyir.
Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Bakı şəhərində yerləşən daşınmaz əmlaklar (yaşayış sahələri) üçün sığorta şərtləri aşağıdakı kimidir:
Sığorta haqqı | 50 AZN |
Sığorta müddəti | 1 il |
Təminat məbləği | 25 000 AZN (25 000 AZN-dək dəyən zərərlər şərtsiz azadolma məbləği istisna olmaqla tam qarşılanır) |
Şərtsiz Azadolma məbləği | 250 AZN |
Sığorta haqqı | 40 AZN |
Sığorta müddəti | 1 il |
Təminat məbləği | 20 000 AZN |
Şərtsiz Azadolma məbləği | 200 AZN |
Sığorta haqqı | 30 AZN |
Sığorta müddəti | 1 il |
Təminat məbləği | 15 000 AZN |
Şərtsiz Azadolma məbləği | 150 AZN |
Daşınmaz Əmlakın icbari sığortası “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun Xüsusi bölməsinin II fəslində nəzərdə tutulmuşdur.
«İcbari Sığortalar haqqında» Qanunun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir (məcburidir).
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 dekabr 2014-cü il tarixli Fərmanına əsasən «Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə»yə müvafiq dəyişikliklər edilmişdir və «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mənzillərin icbari qaydada sığortalanmasına nəzarət Yerli İcra Hakimiyyətinə həvalə olunmuşdur.
Azərbaycan Respublikasının qanunvericili ilə icazə verilməyən yerlərdə inşa edilmiş, sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.