“PAŞA Sığorta” şirkəti şəxsə məxsus olan, həmçinin hüquqi şəxsin kirayə, icarə, prokat, lizinq, saxlama, girov və ya daşınma müqavilələri üzrə istifadəsində olan əmlakın sığortası üzrə xidmətlər təklif edir. Bu zaman aşağıdakılar sığortalana bilirlər:
- binalar;
- qurğular;
- maşınlar və avadanlıqlar;
- ölçən və nizamlayan cihazlar və qurğular;
- hesablama texnikası və orqtexnika;
- alətlər, istehsal və təsərrüfat inventarı;
- sığorta müqaviləsi üzrə göstərilən yerdə olan zaman nəqliyyat vasitələri və digər hərəkət edən maşınlar;
- məhsullar, əmtəələr, xammal və materiallar və sairə maddi dəyərlər;
- interyer və bəzək əşyaları, mebel.
“PAŞA Sığorta” şirkətində əmlakın sığortası hər bir müştəriyə fərdi yanaşmanı, çevik tarif dərəcələri və franşizalar sistemindən istifadəni ehtiva edir.