*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Ödəniş qaydaları

Bağla

Karyera

Bağla
12 Oktyabr 2021

PAŞA Sığorta Qarabağ Dirçəliş Fondu tərəfindən “İanə Sertifikatı” ilə təltif edildi.

7 oktyabr tarixində Qarabağ Dirçəliş Fondunun iri sahibkarlıq subyektlərinin rəhbərləri ilə görüşü keçirilib.

Ölkədə fəaliyyət göstərən biznes qurumlarının iştirakı ilə keçirilən tədbirdə Fondun yaranma məqsədi, fəaliyyət istiqamətləri barədə iştirakçılara ətraflı məlumat verilib.

Tədbirdə PAŞA Sığorta şirkəti də daxil olmaqla, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlərə dəstək olmaq məqsədilə Qarabağ Dirçəliş Fonduna ianə edən donorlara “İanə Sertifikatı” təqdim olunub.

PAŞA Sığorta şirkətinə məxsus “İanə Sertifikatı” şirkətin İdarə Heyətinin üzvü Fariz Əzizova təqdim edilib.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta ödənişləri MilliÖn terminallarında!