*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
03 Fevral 2022

PAŞA Sığorta tərəfindən Korporativ Sosial Məsuliyyət çərçivəsində həyata keçirilən “Güvənli Gələcək” layihəsi yekunlaşdı!

PAŞA Sığorta tərəfindən Korporativ Sosial Məsuliyyət çərçivəsində həyata keçirilən “Güvənli Gələcək” layihəsi yekunlaşdı!

Daim Korporativ Sosial Məsuliyyət siyasəti və fəaliyyətinə önəm verən PAŞA Sığorta PAŞA Holding-in dəstəyi və “Стоп Угроза” beynəlxalq uşaqlar və valideynlər üçün təhlükəsizlik məktəbinin rəsmi təmsilçisi “GİD CSR Consulting” şirkətinin təşkilatçılığı ilə 2020-ci ildə start verilən “Güvənli Gələcək” adlı sosial layihə başa çatmışdır.

Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yerləşən uşaq evləri, sığınacaqlar və aztəminatlı ailələrin uşaqları üçün təlimlərin keçirilməsi və maarifləndirmə aparılması olmuşdur. Layihə müddətində əsas təhlükəsizlik mövzuları olan “Bullinqə son!” və “5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar” təlimləri keçirilmişdir. Belə ki, layihə müddətində 6-14 yaş aralığında ümumi 600 uşağın iştirakı ilə 17 fərqli mərkəzdə təlimlər hayata keçirilmişdir.

Layihə üzrə təlimlər “Damla” ictimayi birliyi, Xırdalan Qadın Uşaq sığınacağı, Şüvəlan Ailə Dəstək Mərkəzi, “Ümid Yeri” uşaq evi, SOS uşaq kəndləri, Goranboy, İsmayıllı, Zaqatala, Sabirabad və Saatlı rayonları Ailə Dəstək mərkəzləri, Bakı şəhəri 1, 2 və 3 saylı uşaq evlərində təşkil olunmuşdur.


“Bullinqə son!” adlı təlimdə uşaqlara zərərli hərəkətlər və təsadüfi təhqirləri fərqləndirmək, hər hansısa qəribə hallara düzgün reaksiya vermək bacarığı aşılanmış, mübarizə aparmaq üçün böyüklərə müraciət edib susmamağın nə qədər vacib olduğu öyrədilmişdir.

“5 saniyə ərzində oğrulardan necə xilas olmaq olar?” adlı təlimlərdə uşaqlara onları əhatə edən insanları dostlar və kənar adamlar qruplarına ayırmağı öyrədilmiş və onlarda etimad dairəsi haqqında anlayış yaradılmışdır. Həmçinin, təlimlərdə şəxsi təhlükəsizliyin necə qorunması mövzusu uşaqlara aydın olması məqsədilə onlarla birgə müzakirələr aparılmış və davranış alqoritminin formalaşdırılmasına təşəbbüs göstərilmişdir.

Qeyd edək ki, hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.



Növbəti xəbər

PAŞA Sığorta şirkətinin dəstəyi ilə daun sindromlu uşaqlar üçün şənlik təşkil olundu.