*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
23 İyun 2024

PAŞA Sığortadan Tam KASKO üzrə “KASKO Bonus” kampaniyası!

PAŞA Sığorta sürücülük təcrübəsinə güvənən, nümunəvi sürücülər üçün Tam KASKO könüllü avtomobil sığortası üzrə özəl endirim kampaniyası elan edir. Kampaniya çərçivəsində qəzasız sürücülük tarixçəsinə malik müştərilər 20%-dək endirimli qiymətlə Tam KASKO sığorta məhsulunu əldə edə bilərlər.

Belə ki, 14 sentyabr – 31 oktyabr tarixlərində müştərilər qəzasız sürücülük təcrübəsinə əsasən icbari avtomobil üzrə tətbiq edilən bonus əmsalına uyğun könüllü avtomobil sığortası üzrə də endirim əldə edə biləcəklər. Bununla bonus əmsalı nəzərə alınmaqla müştərilər Tam KASKO sığortasında müvafiq olaraq 5%, 10%, 15% və 20% endirim qazanacaqlar.

Qeyd edək ki, kampaniya 500 AZN və daha çox sığorta haqqına malik, mövcud və yeni Tam KASKO sığortası müştərilərinə şamil edilir.

KASKO Bonus kampaniyası əldə etmək, həmçinin məhsul barədə ətraflı məlumat üçün *7000 - Sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya https://cutt.ly/lwxvxWVd keçidi ilə onlayn müraciət edə bilərsiniz. Bununla yanaşı, avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və ya Instagram ( PAŞA Sığorta (@pasha_insurance) | Instagram ) səhifəsinə göndərərək KASKO sığortası üçün müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığortadan Tam KASKO üzrə “KASKO Bonus” kampaniyası!