*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

Şəxsi kabinet

Bağla

Karyera

Bağla
14 Fevral 2024

PAŞA Sığortanın kredit reytinqi qlobal agentlik tərəfindən stabildən müsbətə qaldırıldı.

Beynəlxalq sığorta bazarında mövcud olan yenilikləri, müxtəlif trendləri yerli bazara gətirərək hər zaman müştərilər üçün innovativ imkanlar yaratmağa çalışan PAŞA Sığorta şirkəti yenidən qlobal dəyərləndirmədən keçib. Beynəlxalq reytinq agentliyi olaraq bütün dünyada maliyyə və sığorta sahəsində mövcud olan müxtəlif şirkətləri dəyərləndirən “S&P Global Ratings” reytinq agentliyi PAŞA Sığorta şirkətinin fəaliyyətini yüksək dəyərləndirib. Agentliyin yenidən işlənmiş kapital modelinə görə, PAŞA Sığortanın 2022-ci ildə kapital adekvatlığı göstəricisi 99.8%-lik əminlik səviyyəsindən yuxarı olub və növbəti iki ildə də bu səviyyələrdə qalacağı gözlənilir. Bu, 2024-2025-ci illərdə orta bazar göstəricilərinə uyğun olaraq sığorta haqlarının 10%-15%-lik artımı, kapitalın 30%-dən çox gəlirliliyi və xalis mənfəətin 20%-25%-ə qədərinin kapitalda saxlanılması ilə yüksək gəlirlilik gözləntilərini özündə əks etdirir.

PAŞA Sığortanın 2023-cü ildə sığorta haqları yığımı illik müqayisədə 37 faiz artaraq 293.09 mln. manat, ödənişlər isə 2.1 dəfə artaraq 144.01 mln. manat olub.

Nəticələrə əsasən, şirkətimiz ötən ilki reytinq göstəricilərini müvəffəqiyyətlə qoruyub saxlamağa nail olub. Belə ki, 2024-cü ildə keçirilmiş qiymətləndirməyə əsasən, “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB” səviyyəsində, reytinq üzrə proqnozun isə “Stabil” səviyyəsindən “Müsbət”ə keçdiyini təsdiqləyib. Bu göstərici PAŞA Sığortanın beynəlxalq standartlara uyğun korporativ idarəetmə sisteminə sahib olduğunun və uzunmüddətli maliyyə dayanıqlığının bariz nəticəsidir.


Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Növbəti xəbər

PAŞA Sığorta avtomobil sahibləri üçün “Tam KASKO əldə et, endirim və ya hədiyyə qazan” adlı kampaniyaya start verir.