Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
İcbari sığorta müqaviləsi fiziki və ya hüquqi şəxslərlə bağlanır, o halda ki, onların qanunla təsdiq olunmuş qaydada üzərlərinə müəyyən qrup vətəndaşların və ya həyatın, sağlamlığın, həmçinin əmlakın sığorta edilməsi üzrə vəzifəsi (təhəddüdü) müəyyənləşdirilib.
İcbari sığorta üzrə fəaliyyət “İcbari sığorta növləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Sığorta şirkətləri yalnız müvafiq lisenziya aldıqdan sonra bu fəaliyyət növü ilə məşğul ola bilərlər.
“PAŞA Sığorta” şirkəti avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortaları üzrə lisenziyalara malikdir. Şirkət, İcbari sığorta növləri üzrə büronun reyestrinə daxil edilib.
Sığorta polislərinin rəsmiləşdirilməsi, İcbari sığorta növləri üzrə büronun vahid məlumat sisteminə qoşularaq onlayn rejimində həyata keçirilir.
İcbari avtomobil sığortası məhsuluna əlavə olaraq Fərdi Qəza məhsulunu əldə edə bilərsiniz.
Bu məhsul üçün sığortalı cəmi 5 AZN ödəməklə 1000 manat dəyərində 1 illik Fərdi Qəza üzrə sığorta təminatı və əlavə evakuator üzrə xidməti əldə edir.
Sığorta riski | Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. |
Müddət: | 1 il |
Sığorta haqqı: | 5 AZN |
Sığorta məbləği | 1 000 AZN |
Sığorta məbləği | |
Sürücü üçün fərdi qəza sığortası: | 490 AZN |
Ön oturacaqdaki sərnişin üçün fərdi qəza sığortası: | 490 AZN |
Evakuator üçün limit (birinci risk): | 20 AZN |
Xüsusi şərtlər | |
|
İcbari avtomobil sığortası məhsuluna əlavə olaraq Məsuliyyət məhsulunu əldə edə bilərsiniz.
Bu sığorta məhsulunu əldə edən müştərilər cəmi 18 AZN ödəməklə nəqliyyat vasitələrinin məsuliyyət sığortası üzrə əlavə olaraq 5,000 AZN təminat əldə edirlər. Beləliklə, məsuliyyət sığortası üzrə ümumi təminat 10,000 AZN təşkil edəcəkdir.
PAŞA Sığorta icbari avtomobil sığortasına əlavə olaraq məsuliyyət və fərdi qəza sığortalarını özündə birləşdirən "İcbari ekstra 28" məhsulunu təqdim edir. Bu sığorta məhsulunu əldə edən müştərilər cəmi 28 AZN ödəməklə nəqliyyat vasitələrinin məsuliyyət sığortası üzrə əlavə olaraq 5,000 AZN, fərdi qəza sığortası üzrə də 5000 AZN olmaqla, ümumilikdə 10,000 AZN əlavə təminat əldə edirlər. Məhsulu əldə edən şəxslər 20 AZN dəyərində evakuator xidmətindən də istifadə edə bilərlər.
Müvafiq icbari sığorta şəhadətnaməsinin müddətinin bitməsi və ya vaxtından əvvəl ləğv edilməsi hazırkı sığorta şəhadətnaməsinin də ləğv edilməsi ilə nəticələnir.
İcbari sığortanızı onlayn əldə etmək üçün PAŞA Sığorta (pasha-insurance.az) linkinə keçid edin.