*7000

Zəng sifarişi

Zəng sifarişi et

Bağla
Təşəkkür edirik!

İş saatlarında sizinlə əlaqə saxlanılacaq.

4

"COVİD-19" təminatlı tibbi sığorta məhsulu!

PAŞA Sığortanın koronavirus təminatlı "COVID Yardım" məhsulu ilə özünüzün və ya ailə üzvlərinizin sağlamlığını təminat altına ala bilərsiniz. Sığortalı müştəriyə diaqnostika üçün COVID-19 PZR testi, COVID-19 İgM və İgG müayinələri, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.

Yenilik !

PAŞA Sığorta müştəriləri avtomobilləri üçün hesablanan KASKO sığortası üzrə ümumi sığorta haqqını məbləğə uyğun olaraq 4 aydan 10 aya qədər hissəli ödənişlə ödəmək imkanına sahib olacaq.

Bildiriş

Hörmətli ziyarətçi, məlumat üçün bildirmək istərdik ki, *7000 Sığorta Məsləhətləri xətti və *0007 nömrələrində bəzən ortaya çıxan texniki nasazlıq səbəbindən əlaqə saxlamaq istəyən müştərilərimiz çətinliklə üzləşə bilir. Bu məsələ ilə bağlı bərpa işləri davam etməkdədir. Tezlikə prosesin tam yekunlaşdırılması və müraciət sahiblərinə ən yüksək xidmətin göstərilməsi nəzərdə tutulmuşdur.

Yeni "Optimal KASKO" məhsulu!

PAŞA sığorta sərfəli qiymətlə, tam təminatlar təklif edən "Optimal KASKO" məhsulunu təqdim edir!

1/5

Sığorta növünü seçin

Bağla
28 Dekabr 2018

PAŞA Sığorta şirkəti Yeni il qabağı uşaqların sevincinə səbəb oldu.

PAŞA Sığorta şirkəti Yeni il qabağı Sumqayıtda yaşayan hər iki valideynini itirmiş, sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş etdi.

26 dekabr 2018-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin «Mərhəmətli olmağa tələsin!» layihəsi çərçivəsində növbəti xeyriyyə aksiyasına PAŞA Sığorta şirkəti də qoşuldu.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə 100 nəfər hər iki valideynini itirmiş, sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarına Sumqayıtda yerləşən 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində bayram şənliyi keçirildi. Tədbirə giriş olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, tədbirdə iştirak edən PAŞA Sığorta ASC-nin əməkdaşlarını eləcədə bölmənin qeydiyyatında olan hər iki valideynini itirmiş, sağlamlıq imkanları məhdud olan, aztəminatlı ailələrin uşaqlarını salamlayaraq onları hər iki bayram münasibəti ilə təbrik etdi. Davam olaraq 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlar üçün xüsusi bayram proqramı təşkil olundu.

PAŞA Sığorta şirkətinin əməkdaşları da öz növbələrində bayram təbriklərini uşaqlarla bölüşdülər. Eyni zamanda bölmə sədri «Mərhəmətli olmağa tələsin!» aksiyasında aktiv iştirak edən PAŞA Sığorta ASC üçün bölmənin hazırladığı xüsusi Təşəkkürnamə şirkətin əməkdaşına təqdim etdi. Tədbirin sonunda uşaqlara bayram hədiyyələri paylanıldı.

Növbəti xəbər

PAŞA Sığorta şirkəti avtomobil sığortası üzrə yeni maskotunu təqdim etdi.
PASHA chatSualınız var?