Zəng sifarişi
İş saatlarında sizinlə əlaqə saxlanılacaq.
Bir şirkət olaraq PAŞA Sığorta hər zaman gənc nəslin təşəbbüslərini dəyərləndirməklə onları dəstəkləyir və bunun nəticəsi olaraq mütəmadi şəkildə tələbə, həmçinin məzunlar üçün təcrübə proqramları təşkil edir. Şirkət innovativ layihələr vasitəsilə fəaliyyətin təkmilləşdirilməsində maraqlıdır və bu məqsədlə yerli ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir. PAŞA Sığorta gənclərin sığorta biliklərinin artırılması məqsədilə “Sığortaçı Akademiyası”, “Sığorta Məsləhətçisi” kimi sosial layihələr vasitəsilə universitet tələbələri, həmçinin ASAN Kadr, IB Club kimi hökumət və qeyri-hökumət gənclər təşkilatları üçün təlimlər təşkil edir. “Sığortaçı Akademiyası” 2015-ci ilin dekabr ayından etibarən PAŞA Sığorta tərəfindən həyata keçirilən və Azərbaycanda sığorta sahəsində unikal olan bir layihədir. Təlimlər ölkədə sığorta maarifləndirilməsinin artırılması məqsədilə tam təmənnasız təşkil edilir. PAŞA Sığorta əməkdaşları tərəfindən keçirilən təlimlərdə risk menecmenti, sığorta işinin əsasları, sığorta hadisələrinin tənzimlənməsi, marketinq, insan resursları və mühasibatlıq kimi mövzular əhatə olunur. Təlimlərin yekununda iştirakçılar xüsusi sertifikatlarla təltif olunurlar.
PAŞA Sığortanın təşəbbüsü, “Junior Achievement Azərbaycan” (JA Azərbaycan) İB-nin təşkilatçılığı və PAŞA Holding-in dəstəyi ilə region gənclərinin peşəkar bacarıqlarının artırılması istiqamətində “Karyera üçün Təhsil” layihəsinə Göyçay və Şəki regionlarında start verilib. Bu istiqamətdə Göyçay Peşə Liseyi, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, həmçinin 1 saylı Şəki Peşə məktəbi və Şəki Dövlət Texniki Kollecində layihənin təqdimatı keçirilib.
Layihədə maraqlı olan 500-dən çox gəncin iştirak etdiyi təqdimat mərasimində layihə barədə geniş məlumat verilib. Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarını, məşğulluq imkanlarını artırmağı qarşısına məqsəd qoyan “Karyera üçün Təhsil” layihəsi peşəkar bacarıqların, maliyyə savadlılığının və sahibkarlıq biliklərinin artırılması istiqamətində təlimlər vasitəsi ilə gəncləri gələcək karyeralarında uğur qazanmaları üçün istiqamətləndirir.